cümə 1 may 2026 - 18:57
Ruhanilər və elmi hövzələr İran xalqı ilə birlikdə son iki ayın yolunu daha qətiyyətlə davam etdirəcəklər.

Uzaqgörən ruhanilər və elmi hövzələr bundan sonra da meydanda və küçələrdə xalqla birlikdə qalacaq, millətə xidmət edən, Allah yolunda mübarizə aparan və İslamın, İranın və İslam ümmətinin əsgərləri kimi fəaliyyətlərini davam etdirəcəklər və son iki ayda keçilən yolu daha möhkəm şəkildə davam etdirəcəklər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Elmi hövzələrinin rektoru Ayətullah Əli Rza Ərafi yayımladığı müraciətdə bildirib ki, hazırda İslam İnqilabının ideoloji xətti, şəhidlərin pak qanı, xalqın misilsiz müqaviməti, müqavimət cəbhəsi, hərbi, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin fədakarlığı, eləcə də ölkə rəhbərliyi, dini mərcəiyyət və elmi elitaların dəstəyi ilə İran, İslam inqilabı və İslam ümməti tarixi bir dönüş nöqtəsində mühüm strateji və sivilizasiya nailiyyətlərinə imza atıb.

بسم الله الرحمن الرحیم
أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِیبٌ

Bağışlayan və mehriban Allahın adı ilə 
Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi 214)

O qeyd edib ki, bu mərhələ haqq və batil arasında gedən böyük tarixi qarşıdurmanın ən həssas dövrüdür və bu prosesdə düşmənlərin zəifləməsi və qlobal güc balansında dəyişikliklər müşahidə olunur ki, bu da Allah qarşısında şükür və təqdirə layiqdir.

Ayətullah Əlirza Ərafi vurğulayıb ki, bu çətin və həssas mərhələdə hamı ilahi dərgaha sığınmalı, imam Zaman (ə.f) və şəhidlərin ruhundan yardım istəməli, eyni zamanda meydanda möhkəm dayanaraq birlik, həmrəylik, şücaət və ayıqlıqla mübarizəni davam etdirməlidir.

O əlavə edib ki, İran xalqı və İslam ümmətinin gəncləri bu ilahi əhdə sadiq qalaraq düşmənlərə qarşı mübarizəni dayandırmayacaq və bütün sahələrdə, o cümlədən hərbi, siyasi, iqtisadi, mədəni və elmi istiqamətlərdə müqaviməti davam etdirəcək.

Ayətullah Ərafinin ünvanladığı müraciətində həmçinin qeyd olunub ki, ilahi kömək və qeybi dəstək mütləq nazil olacaq və böyük qələbələr gerçəkləşəcəkdir.

Ayətullah Ərafi bildirib ki, elmi hövzələr, ruhaniyyət, tələbələr, müəllimlər və təbliğatçılar xalqla birlikdə cəbhədə qalacaq, ölkəyə xidmət və İslamın müdafiəsi missiyasını davam etdirəcəklər.

Ayətullah Ərafinin müraciəti Qurani-Kərim ayəsi bu ilə yekunlaşıb: وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ

“Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.”
Ali İmran surəsi, 126-cı ayə

Ölkə üzrə Elmi hövzələrin rektoru
 Ayətullah Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha